ArxivIslamXəbər lentiXəbərlər
Rusiyada İŞİD-çilər ələ keçdi: terrorun qarşısı son anda alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov vilayətində İŞİD terror təşkilatının yerli qanadını zərərsizləşdirib.
qafqaz.ir “RİA Novosti” istinad xebere gore , güc strukturu əməkdaşları Qlinki bölgəsində dəstə başçısını saxlamağa çalışan zaman, o, avtomatdan atəş açmağa başlayıb.
Cavab atəşi zamanı avtomobildə bomba partlayıb, terrorçu isə hadisə yerində ölüb.
Daha sonra Rostov-na-Don şəhərində dəstənin daha iki üzvü tutulub. Onların evlərində aparılmış axtarış zamanı partlayıcı, detonatorlar və döyüş sursatları tapılıb.
Sözügedən dəstə terror aktları və polislərə qarşı hücumlar hazırlayırmış.
Müxtəlif maddələrlə, o cümlədən, “Terror aktının hazırlanması” maddəsi ilə cinayət işi başladılıb.