Bayram Məmmədov polisə çağırıldı

Bu barədə Toplum TV-yə danışan Bayram Məmmədovun sözlərinə görə polislər atası ilə danışıb, bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmasında məqsəd onun inzibati həbsi zamanı verilən işgəncə faktorunun araşdırılmasıdır.
Bayram Məmmədov deyir ki, atası polislərə Bayramın vəkili ilə gələcəyini bildirsə də, onlar vəkilə ehtiyac olmadığını söyləyiblər.
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il, mayın 10-da eks-prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra saxlanılıb və külli miqdarda narkotik satma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, Prezidentin 2019-cu il, martın 16-da imzaladığı əfv sərəncamı ilə azad edilib. Martın 30-da yenidən saxlanılıb və inzibati qaydada 30 sutka həbs cəzası alıb. Aprelin 29-u həbs müddəti bitib.