ArxivXəbər lentiXəbərlər
Arif Hacılı: “Eldar Əzizova müracət edirəm ki…”

“Eldar Əzizova müracət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin”.
Musavat Partiyasının başqanı Arif Hacılı öz feysbuk hesabından Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
BŞİH oktyabrın 7-də partiyaya qurultay keçirməsi üçün “Büllur” sarayını təklif etsə də, şadlıq evinin sahibi buna razılıq verməyib.
Arif Hacılı İcra Hakimiyyəti başçısından məsələyə baxılmasını tələb edib.
“”Siyasi Partiyalar Haqqında” Qanuna əsasən qurultayımıza yer alması hökumətin, bu halda BŞİH-in borcudur, vəzifəsidir”, – Arif Hacılı qeyd edib.
Arif Hacılı onu da bildirib ki, bir partiyanın piketinə icazə verilməsini az qala demokratik açılım kimi dəyərləndirənlərin də Müsavat Partiyasının qurultayına uyğun yer ayrılması tələblərinə dəstək verəcəklərinə inanır.