ArxivXəbər lentiXəbərlər
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları ötüb

2019-cu ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 057,84 milyon ABŞ dolları təşkil edib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% olub.
2019-cu ildə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.