ArxivFilmIslamXəbər lentiXəbərlər
İdlibdə Türkiyənin ölən əsgəri sayı 100-ə yaxın-VİDEO

Türkiyənin İdlibə girən zirehli maşın karvanının qırıcılarla bombalanması nəticəsində ölənlərin sayı artmaqdadır. Hatay valisinin bu saatlarda verdiyi açıqlamada yaralılardan daha 4 nəfərin həyatını itirdiyini bildirib. O, 32 yaralı əsgərin vəziyyətinin yaxşılaşdığını bildirib.
Türkiyədə müxalif media isə İdlibdəki bombardman nəticəsində 100-ə yaxın türkiyəli hərbiçinin həyatını itirdiyini iddia edir.
Bu saatlardan başlayaraq artıq Şəhidlərin kimlikləri bəlli olmağa başlayır. Şəkildə gördüyünüz quru qoşunlarının çavuşu Turqut Burkay Korkmazdır. Onun nəşi yurduna, Antaliyaya göndərilib. Ruhları şad olsun!
Xatırladaq ki, fevralın 10-dan başlayaraq Türkiyə ordusu Suriyada hərbi əməliyyatlara başlayıb