ArxivXəbər lentiXəbərlər
Apellyasiya Məhkəməsi Məmməd İbrahimi həbsdə saxlayıb

Martın 4-də Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Məmməd İbrahimin 10 günlük inzibati həbsi ilə bağlı şikayəti təmin etməyib.
Məhkəmədə İbrahim bildirib ki, fevralın 26-da Xocalı soyqırımı qurbanları Abidəsini ziyarət etdikdən sonra özünü pis hiss edib. Partiyadan yoldaşları onu maşınla xəstəxanaya aparıblar.
“Yollar bağlı olduğu üçün polisdən bizi buraxmağı xahiş etdik. Bizim AXCP üzvü olduğumuzu biləndə, əksinə, bizi saxladılar”, deyə İbrahim bildirib.