ArxivXəbər lentiXəbərlər
İran nüvə silahının olmasına yenidən aydınlıq gətirdi

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsində nüvə başlığı daşıyacaq raketin mövcud olmadığını açıqlayıb.
“İranın nə nüvə silahı, nə də belə dəhşətli silahları “çatdıra biləcəyi şəkildə hazırlanmış” raketləri yoxdur”, – deyə Məhəmməd Cavad Zərif öz twitter hesabında yazıb.
Xatırladaq ki, Cavad Zərif bu açıqlama ilə Qərbin İranın hərbi peyk buraxmasını tənqid etməsində münaibət bildirib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi Donald Tramp-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə hücum etməyə hazır olması barədə verdiyi açıqlaması ilə əlaqədar ABŞ-a etiraz etmişdi.