ArxivXəbər lentiXəbərlər
Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6 nəfər artaraq 701 nəfərə çatıb.
Onların 432-si artıq sağalıb, 12-si isə dünyasını dəyişib. Koronavirusdan müalicə olunanların sayı 257 nəfər təşkil edir.
İndiyədək Gürcüstanda 39 573 nəfər koronavirusla bağlı testdən keçirilib.