İŞİD-in İraqdakı lideri öldürülüb

İŞİD terror qruplaşmasının İraqdakı lideri Muataz əl-Caburi öldürülüb.
Vetenugrunda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin antiterror xidməti açıqlayıb.
Caburi antiterror əməliyyatları zamanı zərərsizləşdirilib. Onun Suriyanın Deyrizor kəndində koalisiya qüvvələrinə aid hərbi təyyarələrdən açılan atəş nəticəsində öldürüldüyü məlum olub.
İraq mərkəzi hökuməti İŞİD lideri Əbubəkir Bağdadinin xələfi Əbdülnasir Kardaşın mayın 20-də ələ keçirildiyini elan etmişdi.
Bağdadinin 2019-cu ilin oktyabrında ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İdlib şəhərində öldürüldüyü deyilsə də bu xəbərin düzgün olmadığı və əslində məkirli bir plana xidmət etdiyi iddia edilir. Çünki Əbubəkir Bağdadinin də Bin Laden kimi ölüm xəbəri dəfələrlə tirajlanıb.
qafqaz.ir