ArxivSosialXəbər lentiXəbərlər
Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb, döyülməyib

İyunun 7-də Yasamal rayonunda saxlanılan Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.
Trend-in sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılan zaman polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.