ArxivSosialXəbər lentiXəbərlər
Region üçün əsl təhlükə… – Musəvi

İranın hərbi sənayesi tamamən müdafiə məqsədlidir.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
“Region üçün əsl təhlükə buranı hərbi bazalara çevirən, inkişafına mane olan, öz hərbi məhsullarını sata bilmək üçün qorxu mühiti yaradan ABŞ-ın dağıdıcı varlığıdır”, – deyə Musəvi bildirib.
Sözçü əlavə edib ki, Vaşinqton İrana qarşı hərbi müdaxiləni gündəmdə saxladıqca Tehranın buna qarşı silah yaratması suveren haqqıdır.