Xəbərlər

Mandat bazarlığı yenədə gündəmə düşdü

Azərbaycan Respublikası Parlamentinin mandat bazarlığı bu dəfə Milli Şuranın dağılması ilə bağlı ixtilaflar nəticəsində gündəmə düşüb.

Musavat Partiyasının Milli Şuranı tərk etmək qərarından sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, belə görünür, Müsavata 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub.
Qəhrəmanlı deyib : “Bütün bunlar bəhanə idi və məqsəd hakimiyyətlə separat danışıqlara gedib, hansısa xüsusi korporativ maraqları təmin etmək müqabilində müxalifətin ən böyük birliyini dağıtmaq olub”.
Digər tərəfdən Müsavat Divanının üzvü Tural Abbaslı deyib : “Azərbaycanda ağlı başında olan, siyasət səhnəsində cərəyan edən hadisələrdən xəbərdar hər kəs çox gözəl bilir ki, Müsavat heç vaxt hakimiyyətlə separat danışıqlarda, mandat alverində iştirak etməyib və bundan sonra da heç vaxt iştirak etməyəcək. Mən onlardan soruşmaq istəyirəm ki, əgər Müsavat hakimiyyətlə nə vaxtsa separat danışıqlar aparıbsa, onda indiyə qədər niyə Müsavatın başqanı İsa Qəmbər heç olmasa bir dəfə də olsa, parlamentə seçilənlərin sırasına düşə bilməyib? Azərbaycanda hansı partiyaların sədrlərinin vaxtaşırı hakimiyyətdən deputat mandatı ala bildiyinə diqqət yetirdikdə hər şey aydın olur.”
Müsavat Divanının üzvü İkram İsrafil də AXCP sədrinin müavini F.Qəhrəmanlının ittihamlarına cavabında deyib : “Bəlkə F.Qəhrəmanlımandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin.”
Bundan əvvəl isə Azərbaycan Respublikası Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova ilə gizli müzakirələrindən yayılmış videoda da Azərbaycan Respublikasında Parlament mandatının satışı faş olunmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button