ArxivIslamSosialXəbər lentiXəbərlər
Kadırov Nobel mükafatına layiq olduğunu bildirdi

Çeçenistan başçısı Ramzan Kadırov bildirir ki, terrorçuluq üzərində qələbəyə görə ona Nobel mükafatı verilməlidir.
Onun sözlərinə görə, Çeçenistanda müharibə dayandırıla və beynəlxalq terrorçuluq məhv edilə bildi. Bununla bağlı o, ABŞ Dövlət Departamentinin ona qarşı tətbiq etdiyi sanksiyaları ədalətsiz hesab edir.
Bununla yanaşı o deyir ki, ABŞ Yaxın Şərqdə terrorçuluğun öhdəsindən gələ bilməyəcək.
“Terrorçuluq üzərində qələbəyə görə mənə Nobel mükafatı verilməlidir, amma onlar isə, əksinə, mənə sanskiya tətbiq edirlər. Ədalətsizlikdir!”, – deyə Kadırov qeyd edib.
Xatırladaq ki, ABŞ Çeçenistan başçısı “qara siyahıya” əlavə edib.