ArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər
Həbs edilmiş sayt təsisçisi Qarabağda döyüşməyə hazır olduğunu bildirib

“Bütün digər məhbuslar da mənimlə həmfikirdir. Biz hamımız bütün problemləri, fikir ayrılıqlarını unudaraq, doğma torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxmalıyıq”, deyə Sadıqov bildirib.
Ə.Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon məhkəməsi onu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə 4 ay müddətinə həbs edib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət alarkən cinayət başında yaxalanıb. Amma Muradovu həbs etməyiblər.
Ə.Sadıqov bəzi məmurların korrupsiya və kriminalda əli olduğunu iddia edən qalmaqallı nəşrləri ilə məşhurdur. Siyasi Məhbuslara Azadlıq İttifaqı Ə.Sadırovu siyasi məhbus elan edib.