Hikmət Hacıyev özünün tvitter hesabında yazıb: “İranın verdiyi dəstəyi yüksək qiymətləndiririk”.
Qafqaz.ir xəbər verir, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb: “Qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz dostluq münasibətlərinə malikdirlər. Prezident İlham Əliyev əlaqələrimizə böyük önəm verir. İranın ərazi bütövlüyümüzə verdiyi dəstəyi ən yüksək səviyyədə ifadə edildiyi üçün yüksək qiymətləndiririk”.