Tehran-Moskva uçuşları yenidən bərpa edilib.
Qafqaz.ir xəbər verir ki, bu barədə Rusiya Hava Yolları Şirkəti “Aeroflot” bəyanat verib.
Bildirilib ki, cari ayın 18-dən etibarən Rusiya Hava Yolları Şirkəti Moskva-Tehran-Moskva uçuşlarını bərpa edəcək.
Qeyd edək ki, bu uçuşlar altı ay öncə dayandırılmışdı.
“Aeroflot” digər uçuşlar kimi burada da koronavirusla bağlı testlərin keçirilməsinin zəruri olduğunu bildirib.