Həzrət Ayətullah Seyid Həsən Amili Müdafiə Nazirliyinin tədqiqat və innovasiya təşkilatının rəhbəri və nüvə alimi Möhsin Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı müraciəti yayıb. Müraciətdə bildirilir ki, İranın nüvə və strategiya alimlərinin terror edilməsi, Amerkanın İraqa hərbi müdaxiləsi dövründə 500 iraqlı alimin terror edilməsi və İŞİD hadisəsində yüzlərlə suriyalı alimin terror edilməsi region ölkələrini strateji texnologiyalardan məhrum etmək istədiklərini sübut edir.
Müraciətin mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
İnna lillahi və inna iləyhi raciun
“Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq.”
Bu gün bizim böyük xalqımız çox təəssüf və ağır kədərlə elm və təhqiqat sərdarı, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrə Dəstək nəzdində tədqiqat və innovasiya təşkilatının rəhbəri şəhid Möhsin Fəxrizadənin terror edilməsi xəbərini aldı.
Bizim xalqımız 40 ildir ki, mənfur terrorizmin qurbanı olmuşdur və öz böyük sərmayəsindən 17 min nəfərdən çoxunu terror nəticəsində itirmişdir. Heç bir xalq bizim kimi terrorizm və namərdliklə üzləşməyib.
Düşmən ardıcıl olaraq nüvə alimlərini terror etməklə İslam İnqilabının əsas nailiyyətlərini, yəni bizim elmi iqtidarımızı hədəfə almışdır ki, beləliklə, öz fikrincə İsrail üçün təhlükəsiz dairə yaratmış olsun və İranın regionda böyük güc olmasının qarşısını alsın.
İranın nüvə və strateji elmlər sahəsinin alimlərinin terror edilməsi, Amerikanın İraqda hərbi müdaxiləsi dövründə 500 iraqlı alimin terror edilməsi, İŞİD hadisəsində yüzlərlə suriyalı alimin terror edilməsi region ölkələrini strateji texnologiyalardan məhrum etmək kimi təhlükəli planların mövcudluğunu açıq-aydın sübut edir.
İsrail və münafiqlər regionda terrorizmin iki əsas təməlidir. Hər ikisi terrorizmlə mübarizə iddiaçıları, yəni Avropa və Amerikadan xüsusi şəkildə dəstək almaqla öz üfunətli və qanlı həyatlarını davam etdirirlər. Daha heyrətlisi budur ki, onları 40 il boyunca himayə edənlər, bizim ölkəmizdəki terror qurbanlarını terror qurbanı kimi qəbul etməyiblər.
Bugün İsrail terrorizm meydanında istədiyi işi edir. Bu xərçəng şişinin cinayətlərindən də pisi isə Avropa və Amerika başçılarının İsrailə xüsusi haqq qazandırmalarıdır və deyirlər ki, yalnız sionist rejimi özünü müdafiə üçün istədiyi addımı ata bilər, yəni bu rejimin bütün terror hərəkətləri qanunidir!
Xəbis düşmən bilsin!
Birincisi, nüvə alimini terror etmək mümkündür, lakin cavanların, alimlərin və qabaqcılların böyük cəhdləri bahasına əldə edilmiş elmi heç vəchlə terror etmək mümkün deyil, Allaha şükürlər olsun ki, günbəgün yüksəlməkdə və işıq saçmaqdadır, İran İslam Respublikası nüvə alimlərinin elit və seçilmiş şagirdləri ilə doludur. Əminəm ki, Allah rəsulunun (s) bu sözü gerçəkləşməkdədir: “Əgər elm Sürəyyada da olsa, iranlılar onu əldə edəcəklər.”
İkincisi, qəddar və xəyalpərəst düşmən bilsin ki, bizim məsul rəhbərlərimiz qəti qisas almaq niyyətində olmaqla eyni zamanda intiqam ərsəsində onların tələsinə düşməyəcək, dözüm göstərmək, uzaqgörənlik, hərtərəfli baxış və milli maraqları nəzərə almaqla lazım olan yerdə namərdcəsinə deyil, qeyrət və şücaətlə onların acizlik, zillət və qorxaqlıqdan irəli gələn alçaq cinayətlərinə peşmanedici cavab verəcək.
Seyid Həsən Amili
27 noyabr, 2020