AktualAktualIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Politoloq: Ali Məqamlı Rəhbərin Qarabağ münaqişəsinə baxışı strateji baxış olmuşdur

Qafqaz məsələləri üzrə ekspert deyib: “Ali Məqamlı Rəhbərin sözlərinə əsasən, Qarabağ və Azərbaycan Respublikasının işğal edilmiş əraziləri İslam və İslam ümmətinə aiddir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Qafqaz məsələləri üzrə ekspert Məhəmmədriza Kəffaş Cəmşid “Mehr” müxbirinə verdiyi müsahibəsində Ali Məqamlı Rəhbərin Qarabağ və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərinin azad edilməsi ilə bağlı təkidlərinə, o cümlədən “Qarabağ İslam torpağıdır” məşhur cümləsinə toxunaraq deyib: “Ali Məqamlı Rəhbər dəfələrlə buyurub ki, Azərbaycan Respublikasının işğal edilmiş bütün əraziləri azad olunmalıdır. Hətta Qarabağ müharibəsinin bitməsini də bu ərazilərin Azərbaycan Respublikasına qaytarılması ilə şərtləndirmişdir. Bu açıqlama Qarabağ mövzusunun İran İslam Respublikası rəhbərləri üçün hansı əhəmiyyət və xüsusi yer tutduğunu göstərir.”

Politoloq əlavə edib: “Ali Məqamlı Rəhbərin baxışına əsasən, Qarabağda müsəlmanların qətliam edilməsi dünyanın şiddətli müsibət və bəlalarındandır və bu işdə Ermənistan, Qarabağ erməniləri təcavüzkar olaraq tanınır, çünki ermənilər Qarabağ müsəlmanlarına qarşı böyük və ağır zülm etmişlər.”

Kəffaş Cəmşid insan hüquqları iddiaçılarına da toxunaraq deyib ki, Ali Məqamlı Rəhbər öz çıxışlarında qərbliləri, xüsusilə də Amerika və insan hüquqlarını müdafiə etdiyini iddia edənləri Qarabağın azəri müsəlmanlarının hüquqlarını tapdaladıqlarına görə məzəmmət etmiş, qınamış və pisləmişdir.

Müsəlmanlara düşmən kəsilənlərin yeni hərəkətlənmələrini də diqqətə çəkən polotoloq deyib: “İndiyə kimi dünyada heç bir ölkə qondarma Qarabağ hökumətinin müstəqilliyini tanımamışdır. Doğrusu, bu məsələdə Fransa Senatı və Amerika Nümayəndələr Palatası son vaxtlarda Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa səy etdilər. Bu yeni məkirli plan kor səylərdir və təsirsiz qalacaq.”

Qarabağ, Qafqazın Fələstinidir

Doktor Kəffaş Cəmşid Qarabağ münaqişəsinin tam həlli və sülhün davamlı olması üçün İran İslam Respublikasının bu mövzuya daha çox daxil olmasının əhəmiyyət və vacibliyini vurğulayaraq deyib: “İran İslam Respublikası Cənubi Qafqazla ən çox və ən uzun ortaq siyasi sərhədə sahib olan ölkədir, Qarabağ bölgəsinə və onun ətrafında işğal edimiş ərazilərə də ən yaxın ölkə sayılır. Ona görə də Qarabağ və onun ətraf ərazilərindəki əmin-amanlıq, sabitlik İranın da təhlükəsizlik və sabitliyinə şiddətli təsir qoyur. İran həm birinci, həm də ikinci Qarabağ müharibəsində vasitəçilik etmişdir.

Qarabağın müsəlmanlara aid olmasına diqqət etməklə, İran İslam Respublikasınin siyasiləri və müsəlman xalqı Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir və bu münaqişəyə aid məsələləri xüsusi həssaslıqla izləyir. Belə ki, İran və Azərbaycan Respublikası xalqlarının elitası və ictimai rəyinin böyük hissəsi Qarabağı Qafqazın Fələstini adlandırır, onun işğal edilməsini Fələstinin işğalı ilə müqayisə edirlər.”

İran və Azərbaycanın şiə xalqı arasında şiəçilik bağlılığı qırılmazdır

Politoloq şiəliyi Azərbaycan Respublikası xalqının əsil kimliyi adlandıraraq deyib: “Azərbaycan Respublikasının cəmiyyətinin əksəriyyətini şiələr təşkil edir və bu baxımdan dünyada şiəliyin əsil bazası olan İranın şiə xalqı ilə çox möhkəm dini və mənəvi bağlılıqları vardır. Bu dərin dini əlaqə və bağlılıqlar İran və Azərbaycan arasındakı münasibətlərdə çox önəmli və təyinedici amil hesab olunur.”

Qafqaz məsələləri üzrə ekspert müsahibəsinin davamında deyib: “Qeyd etmək lazımdır ki, ikinci Qarabağ müharibəsində cəbhələrdə hüseynçilik və aşuraçılıq kimi dini atmosferin hakim olması, o cümlədən camaat və şükür namazlarının qılınması, kollektiv şəkildə əzadarlıq, azan səsləndirilməsi, şəhidlərin dəfn mərasimlərində islami şüarların səsləndirilməsi Azərbaycan xalqının dini inanclarının möhkəmlənməyə doğru getməsini sübut edir.”

İran və Azərbaycan Respublikasının müsəlman xalqları arasında tarixi və mədəni ortaqlıqları digər əsas komponentlərindən bilən politoloq vurğulayıb ki, bu mövzu tarix boyu hər bir tədqiqatçı və təhlilçini özünə cəlb edir.

O əlavə edib: “Qafqaz regionu, xüsusilə də Azərbaycan Respublikasının özü elə də uzaq olmayan dövrdə İranın bir hissəsi olmuşdur. Bu ortaqlıqlar İran və Azərbaycan Respublikası xalqları arasındakı yaxın münasibətlərin qurulması və onun inkişafında önəmli rol oynayır. Belə bir ortaqlıqlar digər xalqlarda çox az tapılar.”

Ali Məqamlı Rəhbərin Qarabağla bağlı mövqei 28 il boyunca dəyişməz qalmışdır

Politoloq Ali Məqamlı Rəhbərin Qarabağla bağlı mövqe və bəyanatına işarə edərək deyib: “Bu mövqe ötən 28 ildə, yəni 1992-ci ildən 2020-ci ilədək sabit, davamlı, eyni, möhkəm və qətiyyətli olaraq qalmışdır və daim təkrar-təkrar elan olunmuşdur. Buradan məlum olur ki, o, Qarabağ münaqişəsi ilə ciddi məşğul olmuşdur.”

Kəffaş əlavə edib: “Fakt və sənədlər sübut edir ki, Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri İranın milli maraqları dairəsində olmuşdur. Bu ərazilər qorunmalı və həssaslıq göstərilməli dəyərlər sırasında olub. Hətta onun üçün xərc çəkilib.”

Ekspert müsahibəsinin digər hissəsində İranın Qarabağ münaqişəsində müsəlman Azərbaycan xalqını ürəkdən və əməli şəkildə dəstəkləməsi barədə söz açaraq deyib ki, İranın siyasi fəaliyyətləri və vasitəçilik etməsi, Təhlükəsizlik Şurasının qətnamələrini təsdiq etməsi, humanitar yardımları, silah verməsi, hərbi məsləhətlər və azərbaycanlı döyüşçülərə hərbi təlimlər verməsnin hamısı da bu istiqamətdə baş tutmuşdur.”

O, Ali Məqamlı Rəhbərin Qarabağ münaqişəsinə baxışını strateji bir baxış adlandıraraq deyib: “Ali Məqamlı Rəhbərin ötən illər boyu Qarabağ münaqişəsinə baxışı strateji baxış olmuşdur və o, bu münaqişəyə qətiyyən taktiki baxışla baxmamışdır.”

Kəffaş Cəmşid sonda deyib: “Əgər Qarabağ münaqişəsi barədə Ali Məqamlı Rəhbərin bəyanatına əməl olunsaydı, onları siyasət və proqrama çevirsəydik, hal-hazırda daha çox uğur qazanmış və udmuş olardıq, digər tərəfdən də Qafqazda milli maraqlarımız təmin olunardı.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button