ArxivFilmIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Vətən müharibəsinin qəhrəmanlarından olan ruhani şəhid Elməddin Vəlişov

Vətən müharibəsində iştirak edərək şəhidlik məqamına ucalan igidlərimizdən biri də Cəlilabad rayonundan olan ruhani alim Elməddin Vəlişovdur. Elməddin hələ iyul ayında könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. O Cəbrayıl, Füzuli, Qubadlı eləcə də Xocavəndin bir sıra kəndlərinin düşməndən azad edilməsində fəal şəkildə iştirak edib. Dininə bağlı və vətənpərvər bir gənc olan Elməddin barədə onun atası Fuad Vəlişov bildirib ki, general mayor Polad Həşimovun şəhid olmasından çox sarsılan Elməddin bundan sonra könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət etmişdi.