Biz bir müsəlman xalqı olaraq icazə verə bilmərik ki, Vətənimiz bir ovuc işğalçı tərəfindən illərlə qəsb edilib zülmə məruz qalsın və biz də bunu cavabsız qoyaq! Mən Azərbaycan xalqına və cavanlarımıza öz təşəbbüsləri ilə səfərbərlik tələb edib bunu elan etdikləri üçün təşəkkür edirəm. Lazım olarsa, biz də zindandan öz övladlarımızın kənarında, vətənimiz uğrunda döyüşə getməyə hazır olduğumuzu bildiririk.