ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında Muğan sərhəd bölgəsində dəmiryolu terminalının işə salınması haqda müqavilə imzalanıb

Ərdəbil valisi İran və Azərbaycan ölkələri arasında Parsabadda dəmiryolu terminalının işə salınması ilə bağlı ikitərəfli əməkdaşlıq sənədinin imzalandığını bildirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Əkbər Behnamcu İran-Azərbaycan müştərək komissiyasının 14 iclasından sonra deyib: “Həyata keçirilən izləmələr və baş tutan danışıqlardan sonra Muğan sərhəd bölgəsində dəmir yolu yükboşaltma və yükdoldurma terminalının işə salınması ilə bağlı iki ölkə arasında müqavilə imzalandı və bu məsələ sənədin mətnində açıq-aydın şəkildə vurğulandı.”

Bu işin həyata keçməsi üçün iki il bundan qabaqdan hazırlıq işləri getdiyini bildirən vali deyib: “Layihənin izlənməsi istiqamətində Azərbaycanın o vaxtkı iqtisadiyyat naziri və hazırkı baş nazir müavini Şahin Mustafayev ilə görüş keçirilib, danışıqlar aparılıb, Azərbaycan Respublikasının dəmir yolları üzrə məsul şəxsləri ilə iclaslar keçirilərək ilkin saziş imzalanıb.”

Behnamcu vurğulayıb: “Bu iclaslarda baş tutan müzakirələrdə İran İslam Respublikasının təmsilçisi kimi Ərdəbil Valiliyi və Azərbayacan Dəmir Yolları Şirkəti arasında Ərdəbilin Parsabad şəhərində dəmiryolu xəttinin logistik mərkəzinin yaradılması haqda yekun razılaşma əldə olundu və bu məsələ Ərdəbil əyalətində dönüş yaradacaqdır. Dəmir yolunun Azərbaycan, Rusiya və Orta Asiya dəmir yollarına birləşməsi əyalətin iqtisadiyyatında ixrac-idxal işləri üçün çox mühümdür. Əyalətin şimalında dəmir yolunun işə salınması kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə kömək edəcək və bu əyalətin karxanalarının ilkin məhsulları həmin yolla təmin olunacaq.”

Bu mövzunu əyalətin iqtisadiyyatı üçün köklü bir məsələ adlandıran vali bildirib ki, artıq ərazilərin alınması işləri başlayıb, layihə işləri, yük terminalının inşası üçün birinci və ikinci fazalarının xəritələrinin hazırlanması işləri başa çatıb.

Bu addımın sərhəd xaricindəki layihələrin həyata keçməsinə hazırlıq olduğunu vurğulayan vali deyib: “Bu layihələr ciddi surətdə izlənilməlidir ki, gələn il bölgədə böyük dəyişikliyin və dəmiryolu logistik mərkəzləri açılışının şahidi olaq.”

Behnamcu Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisinə təşəkkür edərək deyib: “Ərdəbil imam cüməsi və Vəliyyi-fəqihin əyalətdə təmsilçisinin təşviqi, habelə Parsabad millət vəkili və Ticarət Otağı sədrinin təlaşı təqdirəlayiqdir, hamımız bu yolda əməkdaşlıq və vəhdət üçün əsaslı addımlar atmalıyıq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button