ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstanda Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu keçirilib

Bu gün Tbilisidə yerləşən Alulbeyt mərkəzində Peyğəmbərimizin (s) əziz qızı, imamlar anası Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə tədbir təşkil olunub. Tədbirə şəhər və ətraf rayonlardan xanımlar dəvət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin Qadınlar İcmasının təşkilatçılığı ilə keçirilən tədbirdə İcma üzvləri hər iki dünya xanımı Fatimeyi Zəhranın (s.ə) fəzilət, məqam və insani keyfiyyətlərindən, o xanımın müsəlman ailəsinə və qadınlara örnək olacaq nümunəvi həyat tərzindən danışıblar.

Tədbirin sonunda iştirakçılara bayram şirniyyatı təqdim olunub. Kitab və broşurlar hədiyyə olunub.

qafqaz.ir

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button