AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
“Bir millət, iki bayraq” Ali Məqamlı Rəhbərin Heydər Əliyevə yadigarı

İİR Sistemin Məsləhətinin Təyini Şurasının katibi və SEPAH-ın keçmiş komandanı deyib: “Azərbaycan və İran xalqı bir millət iki bayraqdır. Bu şüarı Ali Məqamlı Rəhbər mərhum Heydər Əliyevlə görüşəndə deyib. Ona görə də iki xalqın qardaşlığı heç vaxt zəifləməyəcək.”
Qafqaz Həqiqətləri “Anac”-a istinadla xəbər verir ki, Sistemin Məsləhətinin Təyini Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Möhsin Rezayi bu gün “Nobər” verlişində Qarabağ müharibəsinin deyilməmiş məsələləri və Qafqaz bölgəsi ölkələri, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlərin potensialları haqda danışıb.
Möhsin Rezayi bu müsahibədə ilk dəfə olaraq İran İslam Respublikasının birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstəklərinin miqdar və növlərini açıqlayıb, Əliyev hökumətinin buna diqqət yetirməməsini vurğulayıb.
SEPAH-ın keçmiş komandanı deyib: “Azərbaycan və İran xalqı “bir millət iki bayraq”dır. Bu şüarı Ali Məqamlı Rəhbər mərhum Heydər Əliyevlə görüşündə demişdir. Ona görə də iki xalqın qardaşlığı heç vaxt zəifləməyəcək.”
-
Rezayi İsraili bölgədə qeyri-təbii nizamın vücuda gəlməsinin səbəbkarı kimi göstərib və təbii nizamın yaranmasının tək yolunu Qərbi Asiya ölkələrinin birliyində görüb.