Rusiya, İran və Çin donanmalarının növbəti birgə hərbi təlimi Hind okeanında keçiriləcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan məlumat verib.
Onun sözlərinə görə, hərbi təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək.
Qeyd edək ki, Rusiya, İran və Çin 2019-cu ilin dekabr ayının sonlarında da “Dəniz Təhlükəsizliyi Kəməri” adlı hərbi təlim keçiriblər.
qafqaz.ir