Bu gün, Rəcəb ayının 1-i, imam Məhəmməd Baqirin (ə), müsəlmanların 5-ci imamının mövlud günüdür.
Bu gün, Rəcəb ayının 1-i, imam Məhəmməd Baqirin (ə), müsəlmanların 5-ci imamının mövlud günüdür.
İmam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində Mədinədə dünyaya göz açıb. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini veriblər.
İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası imam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.
İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də xəlifə Hişamın əmri ilə zəhərlənib şəhid olub. İmamın məzarı Bəqi qəbristanlığında, digər 3 imamın yanında torpağa tapşırılıb.
Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edir, onlara imam Baqir (ə) əxlaqı diləyirik.