Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.
“ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-nın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb”, – Nazirlikdən bildirilib.
Qeyd edək ki, fevralın 14-də İraqın Qara bölgəsində PKK terrorçuları Türkiyənin 13 vətəndaşını qətlə yetirib. Hadisədən sonra ABŞ Dövlət Departamenti Türkiyənin müvafiq qurumlarının məlumatlarını şübhə altına alan açıqlama yayıb: “Əgər türkiyəli mülki şəxslərin ölümünün PKK terror təşkilatı tərəfindən gerçəkləşdirildiyi xəbərləri təsdiqini taparsa, bunu mümkün ola biləcək ən sərt şəkildə pisləyəcəyik”.