Eastnews.org-un verdiyi xəbərə görə, Gürcüstan müxalifət qüvvələri və tərəfdarları erkən parlament seçkilərinin təyin edilməsini tələb edən bir sıra davamlı etiraz aksiyalarına başlamağa hazırlaşırlar.
Bunu Avropa Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib.
“Sabahkı aksiya davamlı etirazın başlanğıcıdır. Etiraz ilk növbədə siyasi məhbuslar, erkən seçkilərlə əlaqədardır, lakin sual daha geniş bir spektrdədir”, – deyə Gigi Uqulava bildirib.
Uqulava müxalifətin çadır quracağını, aksiyaların “utanc dəhlizləri” olacağını qeyd edib. Aksiyaların müxtəlif dövlət idarələri qarşısında və ölkənin hər yerində keçiriləcəyi diqqətə çatdırılıb.