AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran parlamentinin Azərbaycan ilə dostluq qrupu Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

İran İslam Şurası Məclisinin (parlamentin) Azərbaycan Respublikası Milli Məclisi ilə işçi qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Qafqaz.ir xəbər verir ki, bəyanatda Xocalıda törədilmiş soyqırımı aktı pislənib. Bəyanatda deyilir: İslam inqilabının hədəflərini, Ali Rəhbərin ədalət və insanların ləyaqəti önündə ehtiramla durmağı prioritet bilən təlimatlarını bir daha vurğulamağı zəruri hesab edir. Bəyan edir ki, bu dostluq qrupu daima “ölkələrin ərazi bütövlüyü” kimi vacib elementlər və komponentlərə vurğu edir. Qonşuların, xüsusilə də dost və qardaş ölkə olan Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəkləyir. Həmçinin “işğal”a və dünyanın istənilən yerində şəhərlərə və yaşayış məskənlərinə hərbi hücuma qarşı olduğumuzu bəyan edir. Qarabağın işğalı dövründə Xocalı hadisəsinin qurbanlarının yaxınlarının kədərinə şərik olduğumuzu bildiririk”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button