ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Tehranda da anılıb

Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb.

Qafqaz.ir  xəbər verir ki, əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfirliyin müşaviri Taleh Zöhrabov, Azərbaycanın İrandakı hərbi attaşesi, polkovnik Elmir Qasımov, birinci katib Ayaz Pirimov və başqaları çıxış edərək, Qarabağ münaqişəsinin yaranma səbəbləri və bu münaqişə zamanı ermənilərin törətdikləri Xocalı soyqırımı haqqında danışıblar. Qeyd olunub ki, erməni separatçıları bu qanlı faciəni törətməklə azərbaycanlıları qorxudaraq Dağlıq Qarabağdakı yaşayış məntəqələrini boşaltmağa, boş qalmış kənd və rayonları zəbt etməyə çalışırdılar. Lakin Azərbaycan xalqı çəkinmədən torpaqlarının müdafiəsini davam etdirdi.

Qeyd olunub ki, erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri olan Xocalını mühasirəyə alaraq misli görünməmiş soyqırımı həyata keçiriblər. Uşaqlara, qadınlara və qocalara rəhm etməyən erməni silahlı birləşmələri 613 nəfəri xüsusi qəddarlıqla öldürüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir məlumat yoxdur.

Sonra britaniyalı tədqiqatçı-jurnalist İan Peartın lentə aldığı “Bir millətin kədəri” filmi nümayiş olunub. Film Dağlıq Qarabağın işğalı və ermənilərin törətdikləri vəhşilikləri bütün çılpaqlığı ilə əks etdirir.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək nəzərə çatdırdı ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edilir.

Tədbirdə çıxış edən Bünyad Hüseynov bildirib ki, 30 ilə yaxın işğal altında qalan doğma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində azad edildi. Qırx dörd günlük Vətən müharibəsində cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi bir daha göstərdi ki, şəhid olan Vətən oğullarının qanı yerdə qalmadı.

Diqqətə çatdırılıb ki, bu gün artıq Qarabağda rayon və kəndlərimizin bərpası istiqamətində işlər həyata keçirilir. Səfirliyin təşəbbüsü ilə sosial şəbəkələrin İran seqmentində təbliğat kampaniyası aparılıb və bir sıra mətbuat orqanlarında materiallar dərc olunub.

Xocalı soyqırımının 29-cu ildönümü il bağlı səfirliyin bəyanatı İranın “Avadiplomatic”, “Tasnim news”, “Khabarban.com”, “Ghatreh.com”, “Qafqaz.ir” və başqa saytları tərəfindən yayılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button