ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Gürcüstanda Məbəs bayramı münasibətilə tədbir keçirilib

Tədbirdə ruhanilər, ictimaiyyət xadimləri, rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar iştirak ediblər.
Qardabaninin Qaratəhlə kənd məscidində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbirdə ruhanilər, ictimaiyyət xadimləri, rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar iştirak ediblər.
Az.shafaqna.com xəbər verir ki, tədbirin aparıcısı axund Hacı Natiq Məmmədov məclisin öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün Quran qiraətçisi Məşədi Vidadi Qurbanovu kürsüyə dəvət edib. Sonra yerli ruhanilərdən olan Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov təbriklərini çatdırıb.
Mərasimin təşkilatçısı olan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını təbrik etdikdən sonra Ənbiya surəsinin 107-ci ayəsinin izahında İslam Peyğəmbərinin (s) aləmlərə rəhmət olmasının özəlliyi və hansı sahələrdə rəhmət olması haqqında danışıb.
Sonra Gürcüstanın dəyərli din alimi Hacı Kamran Məmmədov və başqaları kürsüyə dəvət olunublar. Çıxış edənlər əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Gürcüstanlı Əhlibeyt məddahı Kərbəlayi Səid Həsən mənəviyyata oxşayan mənalı şeir və ilahilər oxuyub. Bayram tədbiri dua oxunmaqla sona çatıb.
Gürcüstanda Məbəs bayramı münasibətilə tədbir keçirilib
