İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi dünən Azərbaycan Beynəlxalq Münasibətlərin Analiz Mərkəzinin sədri Fərid Şəfiyevlə görüşüb.
Musəvi dünən axşam öz “Tvitter” paylaşımında “Bu gün Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri ilə İranla Azərbaycanın düşüncə qurumları və tədqiqat mərkəzləri arasında daha sıx əməkdaşlıq məsələsində çox konstruktiv görüş keçirdik”, – deyə bildirib.
“Qafqaz bölgəsindəki son hadisələrə dair mütəfəkkirlərin yeni reallıqlara əsaslanan dərin və düzgün analitik baxışına ehtiyac var”, – deyə Musəvi qeyd edib.
