ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Berlində aksiya: Azərbaycanlı məmurlara sanksiya tələb edildi

  • Azərbaycanlı mühacirlər Almaniya XİN-in və ABŞ səfirliyinin önünə toplaşdılar

Martın 15-də Almaniyada yaşayan siyasi fəallar Berlin şəhərində yerləşən ABŞ səfirliyinin, Almaniyanın Xarici İşlər Nəzirliyinin və Azərbaycanın Respublikasının Almaniyadakı səfirliyin önündə “Diktatura rejimlərinə sanksiyaların tətbiq edilməsi və siyasi məhbuslara azadlıq, azərbaycanlı məmurlara sanksiyaların tətbiq edilməsi” adlı üç müxtəlif etiraz aksiyası keçirib.

Aksiyanın təşkilatçılardan biri, DAS təşkilatının İdarə həyətinin üzvü Elmir Mirzəyev Meydan TV-yə deyib ki, piketin məqsədi Azərbaycan siyasi hakimiyyətinin həyata keçirdiyi repressiyalara, siyasi həsblərə etiraz etməkdir və onu dünya ictimaiyyətinə çatdirmaqdır.

“Azərbaycanda müharibə və pandemiya dövründə belə siyasi sifarişli məhkəmələr davam etdirilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədova işgəncə verilməsi və ondan partiya liderinin əleyhinə ifadə alınması beynəlxalq hüquqa sığmayan hadisədir. Bu, insan hüquqlarının pozulması, Azərbaycan qanunlarının və beynəxalq hüquqi normativ sənədlərin tapdanmasıdır”, – deyə aksiya iştirakçısı bildirib.

Təbdirdə vaxtilə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı jurnalist Əfqan Müxtarlı da çıxış edərək, Azərbaycanda baş verən özbaşınalıqlardan danışıb.

Sonra DAS fəalı Məcid Mehdli aksiyaçıların tələblərini səsləndirib:

“Azərbaycan hakimiyyətinə siyasi azadlıqlar və demokratik dəyərlərin tətbiq edilməsi yönündə çağırışlar edilsin;

  • Siyasi fəallara qarşı həyata keçirilən işgəncə, təzyiq və qeyri-insani rəftarın aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atılsın;

  • Saxlanma yerlərinə və qapalı müəssisələrə yerli və beynəlxalq mütəxəssislərin daxil olmasına şərait yaradılsın;

  • Siyasi sifarişli məhkəmələrin keçirilməsinin dayandırılması üçün Azərbaycan hökumətinə çağırışlar edilsin;

  • Eyni zamanda Avropa Şurası, ABŞ, Almaniya Federativ Respublikası və digər dövlətlər Azərbaycanda siyasi repressiyaları həyata keçirən məmurlara qarşı sanksiya tətbiq etsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button