ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası İranla Çin arasında strateji əməkdaşlıq sənədinin imzalanmasını alqışlayır

Azərbaycan Respublikası parlamentinin iqtisadi komitəsinin üzvü İranla Çin arasında 25 illik strateji əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan Respublikası üçün çox faydalı hesab edib.

qafqaz.ir Oxu.az saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib: “Çin dünyanın ən böyük iqtisadiyyata malik ikinci ölkəsidir və İran da sanksiyalara baxmayaraq regionda aparıcı mövqeyə sahib dövlətlərdən biridir. Bu baxımdan bu iki ölkənin yeni yaxınlaşması regional əməkdaşlıq baxımından vacibdiri və Azərbaycan da regional əməkdaşlığı dəstəkləyən, sülh və əməkdaşlığa töhfə verən ölkədir”.

Vuqar Bayramov əlavə edib: “Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasına böyük töhfələr verir. Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq, Azərbaycan və İran ərazilərindən keçməklə Hindistana qədər uzanan bir marşrutdur. İranın Asiya ölkələri ilə əməkdaşlığının güclənməsi həm də praktik olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin daha böyük potensialla işləyəcəyinə xidmət edəcək. Bu, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button