ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Məhkəmədə AXCP üzvünün halı pisləşdi

Aprelin 27-də orduya dəstək yürüşünə görə həbs olunanların məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Baba Süleymanovun vəziyyəti pisləşib və o, huşunu itirib. Məhkəməyə təcili tibbi yardım çağrılıb. Həkim müdaxiləsindən sonra Süleymanovun durumu nisbətən yaxşılaşıb.

AXCP-nin 15 üzvü də daxil olmaqla, 36 nəfər 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınlarının aşırılması və s.) görə mühakimə olunur. Bu iş üç qrupa bölünüb və hər qrupda 12 nəfərin işinə baxılır. Bu işlərə Səbail rayon Məhkəməsinin sədri və hakimləri baxır, amma məhkəmə iclasları Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilir.

Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Aprelin 27-də Süleymanovgilin məhkəməsində iki polis əməkdaşı ifadə verib. Prosesin gedişində təqsirləndirilən şəxsin durumu pisləşdiyinə görə məhkəmə mayın 4-nə qədər təxirə salınıb.

Süleymanov bildirib ki, məhkəmədə baş verənlər, o cümlədən polislərin ifadələrindəki yalanlara görə stress keçirib və nəticədə durumu pisləşib: “2018-ci ildən məndə panik atak müşahidə olunur. İsti, qapalı yerlərdən, stress vəziyyətlərindən uzaq olmalıyam. Həbsdə olduğum müddətdə problem dərinləşdi, həkimlərin dediyinə görə, panik atakdan panik pozulma mərhələsinə keçib. Məhkəmədə polislər üzümüzə baxa-baxa olmayan şeyləri deyirdilər, yalan danışırdılar. Müdafiəçilərimizin vəsatətləri təmin olunmur. Vəkillər deyir ki, polislərin ifadələri yerində yoxlansın, bunu da eləmirlər…”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button