Ermənistan mətbuatı xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.
Artıq bir neçə aydır ki, erməni hərbçilərin ailələri onların taleyinin müəyyən edilməsi üçün aksiyalar keçirirlər.
Baş nazir Nikol Paşinyan müharibədə 4 mindən çox əsgər və zabitin öldüyünü bir müddət əvvəl təsdiqləmişdir.