Aktual
Nicat Əliyev və dindarların məhkəməsi keçirilib

Jurnalist Nicat Əliyevin və onunla birlikdə təqsirləndirilən dindarların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır
Bu gün Azadxeber.net saytının baş redaktoru, vicdan məhbusu Nicat Əliyevin və onunla birlikdə təqsirləndirilən Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında 2 şahid dindirilib.
Hakim Zeynal Ağayev növbəti məhkəmə iclasını iyul ayının 18-i saat 10:30-a təyin edib.(İslamazeri)