Qafqaz.ir xəbər verir ki, sionist İsrailin Yediot Ahronot qəzeti məqalələrinin birində işğalçı İsrail idmançılarının ərəb oyunçuları tərəfindən boykot edilməsi, onların 2020-ci il Tokio Olimpiadasında İsrail oyunçuları ilə qarşılaşmaqdan imtina etmələri və digər belə halları İsrail ilə ərəb ölkələri arasında əlaqələrin qurulması planının uğursuzluğa düçar olmasının əlaməti adlandırıb:
“Əlcəzairli atlet Fəthi Nurinin 2020 Tokyo Olimpiadasının cüdo yarışlarında İsrail idmançısı ilə yarışmayacağını açıqlaması İsrail idmanını tamamilə şoka saldı”.
Məqalə müəllifi Yair Katan Nurinin hərəkətini dünyada İsrail rejiminə qarşı yeni boykot mərhələsinə atılan bir addım olaraq xarakterizə edib: “Nurin əsl məqsədini gizlətməkdən çəkinmədi, əksinə onu daha da qabartdı”.
Məqalədə sudanlı cüdoçu Məhəmməd Əbdül Rəsulun oyunlardan geri çəkilməsi və Tokio Olimpiadasında israilli oyunçu ilə görüşməkdən imtina etməsi xüsusunda belə bildirilib: “Sudanlı idmançının bu addımı İsrail ilə Sudan arasında əlaqələrin qurulması planını bir daha alt-üst etdi”.