ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tale Bağırzadənin və rəhbərlik etdiyi Hərəkatın müstəqil olmağı kimi narahat edir?

Azad mətbuatı olmayan ölkənin ikili standartlarına xidmət edən əksər media mənsublarının nəinki xətlərinə, elə davranışlarına baxmaq yetərlidir ki, onun hansı dövlət orqanlarının diqtəsi altında maliyyələşdirildikləri aydın olsun. Təəssüf ki, ölkədaxili nə qədər medianı diktəsi altında saxlayan məmurlar həbs və ya işdən uzaqlaşsa da, mətbuatın əsarət zənciri qırılmır ki, qırılmır. Əlbəttə bunun səbəbi təbii ki, təkcə dəyişilən məmur deyil. Ancaq görünən budur ki, xüsusi xidmət orqanlarının təsir mexanizmində hələlik istifadəyə yararlılıq müddətində qorunan bu tip “mətbuat mənsubları” Azərbaycan mediası adlı sinfin sıralarında fəaliyyətdədirlər.

Bu günlər Şeyxül-İslamın hədəfə alınması fonunda ciddi cəhd göstərib maliyyə mənbələrinə müvafiq olaraq qərəzsiz xəbər prinsipi ziddinə göstərişlərin əlavə olunması fonunda Baku tv-nin “İran səfiri hansı “fətva” ilə Kəlbəcərə boylanır?” buraxılışında Müəlman Birliyi Hərəkatı lideri Tale Bağırzadəni İran İslam Respublikasının təbliğatını aparmaqda ittiham etməsi həqiqətən də hakimiyyətin siyasi kursu baxımından təəssüf doğurmaya bilmir. Belə həssas və çətin dönəmdə xüsusi xidmət orqanlarının bəsit fikir nümayiş etdirməsi, sələflərinin addımlarından dərs götürməyən səriştəsiz siyasətinə növbəti nümunədir.

Məlumat üçün deyək ki, hər vəchlə Şeyxin addımını İrana mədhiyyə kimi qələmə verməyə çalışan orqanın bunu elə Şeyxi mədh edən rəhbərliyinin ünvanına səsləndirsə, elə bilirik daha doğru olar. Axı Şeyxin təmsil etdiyi cəbhə elə başçısı ilə, Şeyxin himayədarıdır. Bunun üçün Tale Bağırzadə adından güya İran kartının daha şiddətli sima alacağına qərar verən media orqanı Şeyxin yanında durduğu rəhbərliyinin tənqidi daha düz olmazmı? Əl öpməyə gəlincə, elə bilirik tərəfinə şirin görünməyə çalışdığı qonşu dövlətin başçısının ərəb şeyxinin əlini öpməsi də xatirələrdə olmalıdır. Əgər media mənsubu bunu unudubsa bir çox əzizlərinizin əl öpən ərəb rəhbərlərinin video görüntüsü sizə misal olaraq verilə bilər.

Əgər bu qəbahətdirsə, bunu mədhinə qalxdığınız tərəfin ünvanından başlamanız məsləhətdir.

Bəs görəsən bu gərgin mühitdə Tale Bağırzadə başda olmaqla Müsəlman Birliyi Hərəkatı niyə hədəfə alınır? Şübhəsiz 2017-ci ildə Tale Bağırzadənin qatıldığı hərəkat üzvlərinin uzun zaman (bir ilə yaxın) sürən məhkəməsi dövründə dövlətin təhlükəsizlik xidməti də başda olmaqda, heç bir dövlət orqanı Tale Bağırzadə və hərəkatın İranla bağlı kiçicik belə əlaqə faktını üzə çıxara bilmədi ki, onu məhkəmədə dəlil kimi təqdim etsin. O zaman da sıralanıb, Tale Bağırzadəni ittiham edən televiziya mənsublarının heç bir iddiası məhkəmə boyunca sübut olunmadı. Bu gün Azərbaycan gerçəkliyində Tale Bağırzadənin həqiqi Azərbaycan xalqına və onun milli-mənəvi dəyərlərinə sadiqliyi həmişəki kimi hədəfdə olaraq öz müstəqilliyini kimlərinsə ağuşunda görməkdən həzz alanları təbii ki, narahat edir. Elə bu narahatlıq fonunda püskürülən nifrət də bundan başqa bir şey deyil. Yoxsa altı ildən artıq bir zamanda saxta ittiihamlarla həbsdə saxlanılan Tale Bağırzadə bu gün niyə hədəfə alınsın ki?

Sonda əgər həqiqətən də media mənsubu xarici ölkələrə satılan və xalqın varını yoxunu talan etməkdə olanların varlığı axtarışına qalxıbsa biz, məmnuniyyətlə ona bu siyahının lap başında durub sonuna qədər sıralanan şəxslərin kimliyini göstərə bilərik. Əlbəttə onları nümayiş etdirməyə cəsarətləri çatarsa…

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button