Taleh Bağırovun müdafiəçiləri Respublika Prokurorluğuna müraciət edib

Namizəd Səfərov bildirib ki, Taleh Bağırovun istintaqının uzanması onları narahat edir: “Üç aydır istintaq aparılır. İttihamlar sübuta yetirilməyib. Əksinə, ekspertiza Taleh Bağırovun narkoman olmadığı barədə rəy verib. Onun cibindən tapıldığı iddia olunan bükülülərdə də Taleh Bağırovun barmaq izləri tapılmayıb. Belə olan halda istintaq dərhal dayandırılmalı, Taleh Bağırovun cibinə narkotik atan şəxslər barəsində cinayət işi qaldırılmaqla Taleh Bağırov azadlığa buraxılmalıdır. Bunu etmirlər, ona qarşı yeni ittihamlar irəli sürüləcək. Onun çıxışları araşdırılır, orada dövlət əleyhinə, hakimiyyət çevrilişinə çağırışlar tapmaq istəyirlər”.
Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.(mediaforum)