ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran XİN: “ABŞ sanksiyaları ləğv edib, hörmətlə davranmalıdır”

“ABŞ-ın aludə olduğu sanksiya tətbiqindən əl çəkməsi və Tehranla hörmətlə rəftar etməsindən başqa yolu qalmayıb.”
İSNA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
ABŞ Dövlət Xəzinədarlıq Departamentinin dörd iranlıya sanksiya tətbiq etməsinə münasibət bildirən XİN mətbuat katibi ABŞ-ı İranla hörmətlə münasibət yaratmağa və “aludə olduğu sanksiya tətbiqi xüsusiyyətindən” əl çəkməyə çağırıb.
“Təəssüflər olsun ki, hazırki ABŞ administrasiyası sabiq hökumətin iflasa uğramış yolunu davam etdirir. Sanksiya tətbiqi ilə mənfəət əldə edənlər və onların himayədarları iranlıların müqaviməti nəticəsində indi öz boxçalarını boş görürlər. İndi onlar Hollivudsayağı ssenarilərilə sanksiyaların yaratdığı atmosferi qoruyub, saxlamağa çalışırlar”, deyə İran XİN rəsmisi bildirib.