ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Rusiya: “Yaxın Şərqdəki heç bir problem İransız həll edilə bilməz”

Rusiyanın İraqdakı səfiri İlbrus Kotraşyev İran İslam Cümhuriyyətinin İraqdakı səfiri İrəc Məscidi ilə görüşüb. İran İslam Cümhuriyyətinin Bağdaddakı səfirliyində keçirilən görüşdə iki ölkə arasında yaxşı əlaqələr olduğu, habelə tərəflərin ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirməyə hazır olduqları vurğulanıb.
Rusiya səfiri görüş əsnasında bildirib:
“Bu gün Yaxın Şərqdə heç bir problem İran İslam Cümhuriyyətinin iştirakı olmadan həll edilə bilməz, biz həmişə bu məsələni Qərb rəsmilərinə çatdırmışıq.”