İran ABŞ-la birbaşa danışıqlarla bağlı xəbərlərə münasibət bildirib

bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
İran rəsmisi ABŞ-la ikitərəfli danışıqlarla bağlı xəbərlərə münasibət bildirərək, belə bir prosesin baş vermədiyini bildirib.
O vurğulayıb ki, ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra rəsmi Tehranla Vaşinqton arasında birbaşa və ya vasitə ilə danışıqları olmayıb.
İran rəsmisi nüvə sazişinin bərpası ilə bağlı danışıqların başlayacağını bildirib və ABŞ-ı ciddi olduğunu isbat etmək üçün lazımi addımlar atmağa çağırıb:
“Blinken yaddan çıxarmasın ki, nüvə sazişinin düşdüyü hazırki durum Amerikanın boynuyoğunluğu və beynəlxalq qanunları açıq-aşkar şəkildə pozması nəticəsində baş verib. Əgər ABŞ-ın xarici siyasət sistemi belə altsheymer xəstəliyinə tutulursa, onda gərək onlara sazişdən çıxan ölkənin hansı olduğunu tez tez eşitdirək”.