Azərbaycan Siyasi Məhbuslarına Azadlıq İttifaqı siyasi motivlərlə həbs edilmiş və ya mühakimə edilmiş şəxslərin siyahısını yeniləyib.
Siyahıya 122 nəfər daxil edilib, onlar altı qrupa bölünüb:
“Jurnalistlər və blogerlər” – 5 nəfər;
“Müxalif partiya və hərəkatların üzvləri” – 8 nəfər;
“Dindarlar” – 21 nəfər;
“Tərtər işi” üzrə mühakimə edilənlər – 27 nəfər
“Gəncə işi” üzrə mühakimə edilənlər – 47 nəfər
“Ömürlük məhbuslar” – 14 nəfər.
Bundan başqa, siyahıya “Azərbaycan Din Xadimləri” Birliyinin üzvü Sərdar Babayevin adı əlavə olunub.