
İtaliyanın “La Republicca” qəzetində dünən çıxan Fətullah Gülən reportajından sonra “Sabah” qəzetinin Roma nümayəndəsi Yasəmən Taşkın səbəb göstərilmədən işdən çıxarılıb. bu barədə “Sabah”ın oxucularından biri məlumat yayıb.
İtalyan qəzetində dünən dərc olunan “Baş nazirin gücünü sarsıdan nüfuzlu varlıq” başlığı altında müsahibə Yasəmən Taşkının əri Marko Ansaldonun imzasıyla yayımlanıb. Müsahibənin türk mətbuatında yayımlanmasıdan sonra “Sabah” qəzeti rəhbərliyi Taşkına işdən çıxarıldığı barədə məlumat verib və heç bir səbəb göstərilməyib./axar.az/