İran İnqilab Keşikçiləri Korpusunun xüsusi “Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaniyə sui-qəsdlə bağlı ilk dəfə İsraildən açıqlama verilib.
Bu mövzuda İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman danışıb.
T.Hayman vəzifədə olduğu müddətdə bu qətli ölkəsinin iki mühüm uğurundan biri kimi qiymətləndirib. “Rəhbərliyim dönəmində iki böyük uğur əldə etdik, onlardan ən önəmlisi Süleymaninin öldürülməsidir”, – deyə Tamir Hayman deyib.