AktualAktualArxivFatimi yaşayişIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Məkarim Şirazidən Fatimeyi Zəhra (ə) məscidinin açılışı ilə bağlı təbrik mesajı və təşəkkür

Ayətullahül-üzma Məkarim Şirazi Bakıda Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qafqaz.ir-nin məlumatına əsasən, məktubda deyilir:

“Allahın adı ilə

Salam və təhiyyətlə

Bu yaxınlarda öyrəndik, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s.ə) adına olan məscid açılıb və orada camaat namazı qılınıb.

Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik.”

Qeyd edək ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yenidən qurulan və yanvarın 6-da açılışı olan “Xanım Fatimeyi Zəhra” məscidi dindarların istifadəsinə verilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yenidən qurulan məsciddə yaradılan şəraitlə tanış olublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button