Aktual

Bakıda həbs olunan üç gənc fəaldan heç bir xəbər yoxdur

İyulun 14-ü Bakıda tutulan üç gənc fəaldan xəbər yoxdur. “Azadlıq” radiosunun məlumatına görə, həmin gün mülki geyimlilər “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Ülvi Həsənli və “Nida” Vətəndaş Hərəkatının üzvü Emil Bağırovu saxlayıb. Emil Bağırov dindirildikdən sonra sərbəst buraxılıb.

Ülvi Həsənli “Azadlıq” radiosuna deyib ki, Sahil bağında gəzişərkən mülki geyimlilər onlara yaxınlaşıb, polis vəsiqəsi təqdim edib və şübhəli şəxs qismində saxlandıqlarını deyib. Məlumata görə, gənc fəalları metro ilə “Nizami” stansiyası yaxınlığında yerləşən Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparıblar.

Daha sonra “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı və “Nida”çı Kənan Qasımlı tutulub.

Hazırda gənclərin harada saxlandığı bilinmir.

Ehtimala görə, gənc fəalları Bakıda hakimiyyət əleyhinə vərəqələr yayılmasında günahkar bilirlər. Həmin vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarlarının yazıldığı bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button