ArxivXəbərlər

Medal kimə düşür?

2228748E-D4E1-4BE1-A91D-3E54FF674244_mw1024_n_s

Aprelin 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçirilib. İclasda Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan təmsilçiləri iştirak etməyib. Toplantıya qatılmayan ölkələrin hamısını eyni səbəb birləşdirmir.

Tacikistan və Özbəkistan haqqında konkret məlumat olmasa da, Türkmənistan və Moldova bu iclasa əhəmiyyət vermədikləri üçün qatılmayıblar. Ermənistan silahlı qüvvələrinin baş qərərgah rəisi iclasa gəlmək istəsə də Azərbaycanda onun səfəri ilə bağlı narazılığı, etirazı görüb səfərdən imtina etdi. Ancaq onu d qeyd etmək lazımdır ki, Ermənistanın bu toplantıda iştirak etməməsi təkcə iclasın gündəliyinə deyil, aparılan müzakirələr və qəbul olunan razılaşmalar fonunda da Ermənistan üçün heç bir dəyişilik baş verməyəcək, çünki bu ölkənin bütün hərbi gücü Rusiyadan törəmə şirkət kimi bir şeydir.
Moskvada qəbul olunan qərarlar Ermənistanda heç bir müqavimət olmadan yerinə yetirilir, xüsusilə də bu qərarlar ordu ilə bağlıdırsa. Komitə iclasına sədirliyi Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeriy Gerasimov edib.
Müzakirələr zamanı əldə olunan razlıq MDB ölkələrində ümumi təhlükəsizlik problemlərinə aiddir, bu isə əsasən qərbdən gələ biləcək real təhdidlərin önləməsi üçün nəzərdə tutulur. Bundan başqa Komitədə MDB dövlətlərinin 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Gözlənilir ki, MDB müdafiə nazirlərinin növbəti toplantısında bu məsələ ilə bağlı əldə olunacaq razılıq rəsmiləşdirilsin. Lakin buna müstəqil dövlətlər birliyi daxilində hələ də həll olunmayan münaqişə ocaqları mane olur, özü də çox ciddi bir şəkildə. Belə qaynar ocaqlar təkcə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi deyil, bura həm də Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Prednestroviya münaqişələri aiddir ki, bunlara indi də Krım əlavə olundu, hərçənd ki, Krımın vəziyyəti digərlərindən xeyli fərqlidir. Elə Ukraynanın da MDB-dən çıxmasının səbəbi məhz Krımın Rusiyaya birləşdirilməsi oldu.
Komitənin iclasına sədrlik edən Rus ordusunun generalı Valeriy Gerasimov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamada bəyan edib ki, münaqişənin hərbi yolla həlli istisnadır, yalnız diplomatiya yolu ilə sülhə nail olmaq olar. Gerasimov hələ Moskvada olan zaman mətbuata verdiyi açıqlamada qeyd etmişdi ki, Azərbaycan Qarabağ münaqişəsində silaha əl atarsa Rusiya Ermənistanı döyüş meydanında tək qoymayacaq.
Əslində rus generallarının bu cür açıqlamaları cəmiyyətimiz üçün yenilik deyil, lakin Gerasimovla bağlı ilginc bir məlumat müəmmalı məqamlar yaradır. Belə ki, həmin rus generalı müdafiə naziri Zakir Həsənov tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Medal məsələsi mətbuatda birmənalı qarşılanmadı, təltifə etiraz edənlərdə sual yaranırdı ki, necə olur ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistana silah verən, elə torpaqlarımızın işğalında dolayısı ilə iştirak edən Rusiya silahlı qüvvələrinin qərargah rəisi medalla təltif olunur, ancaq ondan bir gün əvvəl Bakıda səfərdə olan və Qarabağa görə Ermənistanla diplomatik münasibətləri belə olmayan Türkiyə silahlı qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl heç bir təltif olmadan Bakıdan gedir?
Müdafiə nazirliyindən bu suala hələlik heç bir cavab gəlməsə də ekspertlər isə belə düşünür ki, əslində müdafiz nazirliyi belə bir addımla Azərbaycanı bir növ Rusiyadan gələ biləcək təhdiddən sığortalamış olub./İslamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button