ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Zindan xatirələrindən
Bakı İstintaq Təcridxanasından CÇM-yə köçürüldüyüm gün müəssisənin 28 yaşlı əməliyyatçısıyla aramızda kəskin bir dialoq olmuşdu:

Onun kabinetində o oturaq mən isə ayaq üstə olan vəziyyətdə mənə kobud şəkildə belə dedi:
-Mənim suallarıma cavab verməlisən. Mənə sual verə bilməzsən!
– Niyə?
– Mən belə istəyirəm bu qədər!
– Mənimlə belə danışa bilməzsən. Məni tanımırsan. Üstümü unlu görüb adımı dəyirmançı qoyma. Mən bu xalqın ali təhsilli – ziyalı bir oğluyam. Məni kiminləsə səhv salma!
– Fakt bu gün sən məhkumsan.
– Bir gün sən də məhkum olanda bilərsən mənim nə çəkdiyimi. Mən bu gün günahsız burdayamsa, deməli buradan heç kim sığortalı deyil. Hətta sən də! Həyatın işini bilmək olmur.