AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

Təbrizdə V Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi keçirilib

Təbriz imam cüməsi, Təbriz Universitetinin rektoru və İran, Azərbaycan, Türkiyə və İraq ölkələrindən dəvət edilmiş məddah, üləma, mühəqqiq və şairlərin iştirakı ilə V Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi keçirilib

 

Təbriz imam cüməsi, Təbriz Universitetinin rektoru və İran, Azərbaycan, Türkiyə və İraq ölkələrindən dəvət edilmiş məddah, üləma, mühəqqiq və şairlərin iştirakı ilə V Beynəlxalq Aşura Ədəbiyyatı Konqresi keçirilib. Konqres Təbriz Universitetində baş keçirilib.

Qafqaz Həqiqətləri xəbər verir ki, höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Əli Ali-Haşim konqres iştirakçılarından bir qrupu ilə görüşdə Əhli-beyt (ə) şair və məddahlarının vəzifələrini izah edərək deyib: “Şairlər öz şeirlərində və məddahlar öz oxuduqları mədhiyyələrdə sənəd baxımından ən mötəbər və ən məntiqli məzmunu seçməli və tərvic etməlidirlər.”

Ali-Haşim ictimai canlılıq və coşquluğun şeirlərdə dinləyicilərə ötürülməsini zəruri hesab edərək deyib: “Məddahlıq təkcə imamların (ə) müsibətini xatırlatmaq deyil, həm də şad və mövlud günlərində cəmiyyətin bütün üzvlərini, xüsusən də gəncləri gözəl şeirlər vasitəsilə imamların (ə) və övliyaların davranış və adət-ənənələri ilə tanış etmək lazımdır.”

İmam cümə səhv yamsılamağı və qərb ahənglərindən istifadə etməməyi, eyni halda təsirli və orijinal ahənglərdən istifadəni vacib adlandıraraq deyib: “Əhli-beyt (ə) məddah və şairləri uyğun və gözəl şeirlər seçərək əsərlərin əbədiləşdirilməsinə ciddi diqqət yetirməlidirlər.”

Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi vurğulayıb ki, şair və məddahlar pislənmiş məzhəbi təəssübdən uzaq dayanmalı, cəmiyyətdə vəhdət və həmrəylik üçün şəraitin yaranmasına kömək etməlidirlər.

Qaynaq: İSNA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button